Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək. AzerVoice xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu layihəsi komitədə müzakirə ediləcək.
#Bəhreyn
Fələstin Milli Administrasiyası (FMA) sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstin Muxtariyyətinin birtərəfli qaydada Fələstin Dövlətinə çevrilməsi və elan edilməsi imkanını nəzərdən keçirir. Bu barədə "Al Araby Al Jadeed" qəzeti fələstin rəhbərliyinin nümayəndəsinə istinadən məlumat verib.
ABŞ-a məxsus "Fitzgerald" esminesi İranın hərbi qüvvələrinin xəbərdarlığından sonra Oman körfəzini tərk edib.
Altı körfəz ölkəsi bir viza ilə səyahətə imkan verən Şengenə bənzər yeni “Birləşmiş Turist Vizasını” tətbiq etməyə hazırlaşır.
Küveyt Mülki Aviasiya Baş İdarəsi hava məkanının sabitləşməsindən sonra uçuşların bərpasına qərar verildiyini açıqlayıb.
Küveyt və Bəhreyn ABŞ-ın hücumlarından sonra fövqəladə hazırlıq rejiminə keçib.
ABŞ Silahlı Qüvvələri, İsraillə İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdəki hərbi obyektlərini qorumaq məqsədilə bir sıra tədbirlər həyata keçirib.