#Bəhreyn

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Bəhreynə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz azalaraq, 6 milyon 965 min 23 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Bəhreynə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz artaraq, 938 min 10 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 7 milyard 252 milyon 610 min dollara bərabər olub.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Bəhreynə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalaraq, 6 milyon 374 min 75 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Bəhreynə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 96,2 faiz azalaraq, 22 min 92 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

Bəhreyn Krallığında keçirilən "Mara’ee 2025" tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir. "Mara’ee" sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Bəhreynin vəliəhdi Şeyx Salman bin Həməd Al-Xəlifə Çərşənbə günü Manamada keçirilən Səudiyyə–Bəhreyn Koordinasiya Şurasının dördüncü iclasına birgə sədrlik edərək bir sıra sazişlər imzalayıblar. Vəliəhd şahzadələr ölkələri arasında əməkdaşlığı möhkəmləndirməyə və bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Al-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək. Tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əz-Zayani ilə görüş keçirib.Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olan Bəhreyn krallığı nümayəndələr şurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, tər güllər düzüblər.