#dron texnologiyası

ABŞ, Belçikada son vaxtlar artan dron fəaliyyətinə qarşı mübarizə aparmaq üçün dəstək təklifi edib. Belçikanın yüksək tirajlı qəzeti Le Soirın məlumatına görə, Almaniya, Fransa və İngiltərədən sonra ABŞ da Belçikaya yardım təklifi irəli sürüb. Müdafiə naziri Teo Franken Nümayəndələr Palatasında çıxışı zamanı ölkənin kritik bölgələrində müşahidə olunan icazəsiz dron uçuşlarına qarşı “müttəfiq ölkələrlə koordinasiyalı təhlükəsizlik addımı” həyata keçirildiyini bildirib.

Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) tədqiqat qrupu havadan dəvələri tanıya və izləyə bilən aşağı xərcli, süni intellektlə işləyən dron sistemi hazırlayıb. KAUST-un açıqlamasına görə, bu sistem həm Səudiyyə Ərəbistanının ən qədim peşələrindən biri olan dəvə çobanlığının davam etdirilməsi üçün sərfəli imkan yaradır, həm də alimlərin dəvələrin miqrasiya trayektoriyası və davranışları haqqında daha çox məlumat əldə etməsinə kömək edir.