#Orxan Mürsəlov

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün kollektivə təqdim olunub. Yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.