#Suriya iqtisadiyyatı

ABŞ Suriyanı 47 ildən sonra terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb. Qərarın Suriyanın iqtisadiyyatının bərpası, xarici investisiyaların cəlbi və beynəlxalq maliyyə sisteminə inteqrasiyasına yeni imkanlar yaratması gözlənilir. ABŞ-ın bu addımı Suriyaya humanitar və digər yardımların göstərilməsi, eləcə də əvvəllər məhdudlaşdırılan bir sıra Amerika mallarının ölkəyə ixracı üçün imkanları genişləndirə bilər. Texnologiya, proqram təminatı və ikili təyinatlı məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün isə əlavə icra prosedurlarının tamamlanması tələb olunur.

Avropa İttifaqı Suriya ilə iqtisadi və ticarət münasibətlərinin geniş şəkildə bərpası barədə qərar qəbul edib. Avropa Şurasının qəbul etdiyi qərara əsasən, Avropa İqtisadi Birliyi ilə Suriya Ərəb Respublikası arasında əməkdaşlıq sazişinin qismən dayandırılması ləğv olunub və bununla da tərəflər arasında daha geniş ticarət əlaqələrinin bərpasına start verilib.

ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara Vaşinqtonda görüş keçiriblər. Trend-in məlumatına görə, Ağ Evdən verilən açıqlamada iki liderin görüşünün yerli vaxtla saat 19:00-da başladığı və görüşün mətbuata qapalı şəkildə davam etdiyi bildirilib.