#Cənubi Kipr Yunan Administrasiyası (GKRY)

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi tərəfindən Cənubi Kipr Rum Administrasiyasının (CKRA) Avropa İttifaqı (Aİ) Şurasına dövr sədrliyi ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, Aİ rəsmilərinin Kipr türk xalqını görməzdən gələn qərəzli mövqeyi davam etdikcə, onların xalq arasında etibar qazanması mümkün deyil. Türk Ajansı Kıbrıs (TAK) agentliyinin məlumatına görə, ŞKTC Xarici İşlər Nazirliyi CKRA-nın Aİ Şurasına dövr sədrliyi ilə bağlı mövqeyinə dair açıqlama yayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Livan ilə Cənubi Kipr Rum Administrasiyası (GKRY) arasında imzalanan Xüsusi İqtisadi Zona (MEB) Sərhədlərinin Məhdudlaşdırılması Sazişi ilə bağlı açıqlama verib. Keçeli sosial media hesabında yayımladığı açıqlamada bildirib. “Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə, Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcək.”- deyə Keçəli qeyd edib. O, GKRY-nin 2003-cü ildən bəri adanın bərabər tərəfi olan Kipr türklərini nəzərə almadan bölgədəki sahilyanı ölkələrlə dəniz sahələrinin sərhədlərini müəyyən edən ikitərəfli sazişlər imzaladığını xatırladıb. Keçeli qeyd edib ki, Livan ilə 2007-ci ildə imzalanmış, lakin qüvvəyə minməmiş saziş dünən yenidən təsdiqlənib.

Türkiyənin Şərqi Aralıq dənizində artan nüfuzu və müdafiə sənayesində əldə etdiyi irəliləyişlər İsrail və Yunanıstanın bölgədə yeni təhlükəsizlik əməkdaşlığına yönəlməsinə səbəb olub. Hər iki ölkə, regiondakı strateji balansı dəyişdirmək məqsədilə, müdafiə modernizasiyasını sürətləndirir və ikitərəfli hərbi layihələri genişləndirir.

Cənubi Kipr prezidenti “Financial Times” qəzetinə verdiyi müsahibədə Ankara ilə əməkdaşlığa açıq olduqlarını bildirib. O, bölgədə sabitlik və dialoqun yalnız qarşılıqlı hörmət və Avropa İttifaqının hüquqi prinsipləri əsasında mümkün ola biləcəyini vurğulayıb. Prezident Xristodulidis Aİ–Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyini qeyd edib.