#Rusiya Ukrayna müharibəsi

Avstraliyanın Baş naziri Entoni Albanizi, Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə etdiyi açıqlamada Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib. Baş nazir sosial media hesabı vasitəsilə bildiriş yayaraq, Rusiyanın hərəkətlərinin beynəlxalq hüququ kobud şəkildə pozduğunu, bu əməllərin "qeyri-qanuni və qəbulolunmaz" olduğunu vurğulayıb. Yeni sanksiya paketi Rusiya ilə əlaqəli 180 fiziki şəxs, müəssisə və xüsusilə Rusiyanın beynəlxalq məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" məxsus gəmiləri hədəf alır.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar konkret tapşırıqlar siyahısının hazırlanması ilə yekunlaşıb. Görüşün nəticəsi kimi Kiyev, Moskva və Vaşinqtona təqdim olunacaq “ev tapşırıqları” siyahısı formalaşdırılıb və növbəti danışıqlar raundu məhz bu tapşırıqların icrası əsasında baş tutacaq.

Almaniyanın silah və hərbi texnika ixracının həcmi 2025-ci ildə Ukraynaya göstərilən hərbi yardımın azalması fonunda təxminən 8,40 milyard avroya enib. Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Sol Partiyanın sorğusuna cavab verən Almaniya İqtisadiyyat Nazirliyi hökumətin bu ilin 8 dekabr tarixinədək 8,40 milyard avro dəyərində silah və hərbi material satışına icazə verdiyini açıqlayıb. Məlumata əsasən, Almaniyanın silah ixracı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstəricidə nəzərəçarpacaq azalma qeydə alınıb.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski 28 Dekabrda ABŞ-ın Florida ştatında görüşəcək və Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq üçün barış planını müzakirə edəcəklər. Axios xəbər agentliyinin məlumatına görə, ABŞ və Ukrayna rəsmiləri planın bir hissəsi üzrə razılığın əldə edildiyini bildirib. Ukraynalı rəsmilər qeyd edib ki, Tramp Floridadakı Mar-a-Lago iqamətgahında Zelenskiyi qəbul edəcək və iki lider sülh planını müzakirə edəcək. ABŞ-dan bir yüksək vəzifəli şəxs bildirib: “Rus və Ukraynalılarla mümkün olan ən irəli nöqtəyə gəldik. Son iki həftədə keçən ildən daha çox irəliləyiş əldə etdik. Topu kaleyə göndərmək istəyirik. Doğru yoldayıq.”

ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib.