#Dilin saflığının qorunmasında medianın rolu

Dil, ümummilli dəyərlərin əsas faktorlarından hesab edilir. Belə ki, Azərbaycan xalqının milli-mədəni irsinin əsasını da Azərbaycan dili təşkil edir. Bu gün dünyada gedən qloballaşma prosesi yalnız Azərbaycanın iqtisadi sahələrində deyil, həm də mədəni sahələrində ciddi dönüş yaratmaqdadır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli şüurun yetkinləşməsi birbaşa Azərbaycan dilinin funksionallığını artırdı.