Azərbaycanın “Böyükfırat” Qrupu ilə Türkiyənin aparıcı moda markalarından “Les Benjamins” A.Ş. arasında qarşılıqlı paylama və markanın regionda yayılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb. Saziş II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda, Türkiyə Respublikası Baş nazirinin müavini Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədovun himayəsində rəsmi şəkildə qüvvəyə minib. Sazişi “Böyükfırat” Qrupu CEO-su Məhəmməd Əli Böyükfırat və “Les Benjamins” şirkətinin direktoru Bünyamin Aydın nümayəndəsi Gökçə Gökpınar vasitəsilə imzalayıblar.
#Əli Əsədov
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər. Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib. Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.
“Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə ediləcəyi Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci dövr toplantısı 22–23 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Toplantıya Türkiyə tərəfindən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cövdət Yılmaz, Azərbaycan tərəfindən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcəklər.
19 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi iləkeçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.
“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov qor Babuşkinlə görüşüb
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 12-də ölkəmizin Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Əli Əsədov Aşqabadda keçirilən forumda iştirak edib
Azərbaycan və Türkmənistan arasında qardaşlıq münasibətləri var
Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum işə keçirilir. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumun plenar iclasında iştirak edir. Baş nazirin forumda çıxış edəcəyi gözlənilir.
Baş naziri Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb