Yanvar ayının sosial göstəriciləri
#Pensiya
Bunu dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.
Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.
Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 mln. manat və ya 10 faiz çox olmaqla 5 mlrd. 920 mln. manat vəsait yönəldilib. Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bunu bu gün Milli Məclisin deputatı Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.