28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.
#Ümumdünya Türk Dili Ailəsi Günü
Türk dili yalnızca bir ünsiyyət vasitəsi deyil, ortaq dəyərlərimizin və mədəniyyətimizin daşıyıcısıdır. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran sosial media hesabında paylaşım edib. Duran mesajında bildirib ki, Türk dili əsrlərdir qardaş xalqlar arasında bir körpü rolunu oynayır və ortaq tariximizin, mədəniyyətimizin ən güclü təməl daşlarından biridir. Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzər bölgəsinə qədər eyni dili danışan bütün qardaş xalqları salamlayır.
Bu günü, 15 dekabr Dünya Türk Dilləri Günü qeyd olunur. Bu tarix UNESCO tərəfindən dünya üzrə 200 milyondan çox insanın danışdığı türk dili ailəsini qeyd etmək və təşviq etmək məqsədilə təsis edilib. UNESCO-nun Özbəkistanda keçirilən 43-cü Baş Konfransı 15 dekabr tarixini Dünya Türk Dilləri Günü kimi rəsmi şəkildə elan edib. Məqsəd türk dili ailəsini qorumaq, qeyd etmək və onun təbliğini aparmaqdır.
Noyabrın 3-də Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi Günü kimi elan edilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasından bildirilib ki, seçilmiş tarix 1893-cü ilin əlamətdar bir günü ilə əlaqəlidir. Məhz həmin gün danimarkalı alim Vilhelm Tomsen “Orxon” yazılarını – türk dillərinin ümumi köklərini üzə çıxaran ən qədim yazılı abidələri oxuyub deşifrə edib.