#Kiyev

Leavitt, “Prezident Tramp Kiyev hücumlarından narazıdır, lakin təəccüblənmir. Bunlar çox uzun müddətdir müharibə şəraitində olan iki ölkədir,” – deyə qeyd edib. O, Trampın hər iki tərəfi müharibəyə son qoymağa çağırdığını, Rusiyanın Kiyevə hücum etdiyini, Ukraynanın isə Rusiyanın neft emalı zavodlarını vurduğunu vurğulayıb. Leavitt əlavə edib ki, Tramp sülh üçün çalışsa da, müharibənin bitməsi üçün hər iki ölkənin liderlərinin də bunu istəməsi lazımdır.

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.

Ukrayna prezidenti Zelenskinin sözlərinə görə, Rusiyanın Ukrayna paytaxtına hücumu nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub. Son məlumatlara əsasən isə ölənlərin sayı 10-a çatıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko da gecə yarısı kütləvi pilotsuz təyyarə və raket hücumu nəticəsində ikisi uşaq olmaqla azı 38 nəfərin yaralandığını bildirib.

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

ABŞ-ın vitse-prezidenti JD Vance Fox News-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması razılığı əldə edilərsə, Avropa ölkələri Ukraynanın təhlükəsizliyində “ən böyük payı” öz üzərinə götürməlidir. Vance Avropanın Kiyevə yaxınlığı və təhlükəsizlik maraqları nəzərə alınaraq əsas məsuliyyət daşıdığını vurğulayıb. O, ABŞ-ın lazım gələrsə müharibəni dayandırmaq üçün kömək etməyə hazır olduğunu, lakin Avropanın “aparıcı rol” almasını gözlədiklərini qeyd edib.