Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasının iclasında ölkədəki təhlükəsizlik və köç prosesləri ilə bağlı geniş məlumat verib. Nazir 31 oktyabr 2025-ci il tarixinə qədər Türkiyədə qanuni qalma hüququ olan 3 milyon 615 min 491 xarici vətəndaşın olduğunu açıqlayıb.
#Türkiyənin Suriyalı qaçqınlara dəstəyi
Qonşu ölkələrdən Suriyaya qayıdan qaçqınların sayı 1 milyon 290 min nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Suriyaya könüllü geri dönüşlərlə bağlı sosial media hesabında etdiyi paylaşımında bildirib. Nazir bildirib ki, 8 dekabr 2024-dən bu günə qədər isə 550 min suriyalı öz ölkəsinə qayıdıb. Nazir həmçinin qeyd edib ki, Suriya daxilində 8 dekabr 2024-dən sonra yaşanan siyasi dəyişikliklər geri dönüşləri sürətləndirib. Nazir Türkiyənin qaçqınlara dəstəyini xatırladaraq “zülm, aclıq və müharibə şəraitində qalan insanlara heç vaxt arxa çevirmədik, onların səsini eşitməməzlikdən gəlmədik. Həmişə haqqın və məzlumun yanında olduq.”- deyib.