#8 Noyabr – Zəfər Günü

2020-ci ilin payızı Azərbaycan üçün elə bir simvol oldu ki, o, xalqın nəsillər boyu ürəyində saxladığı, haqqın qələbəsinə gətirib çıxaran Dəmir Yumruğa çevrilən bir arzusunu gerçəkləşdirdi. Bu, həm göz yaşları ilə yuyulmuş, həm də nəsillərin ən müqəddəs arzuları ilə bəzədilmiş bir Zəfərin simvolu idi.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib. Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb. XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil etmişdir.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təcavüzünə cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb.

Qələbə Gününün beşinci ildönümü münasibətilə Pakistanın paytaxtı İslamabad şəhəri Azərbaycan bayraqları ilə bəzədilib. Dost və qardaş ölkədə yerləşən bir çox mühüm binalar – Baş nazir ofisi, parlament və Pakistan Ali Məhkəməsi – Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bakıda Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti istiqamətində davam edən yürüş Şəhidlər Xiyabanında sona çatacaq.