Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

    7 Noyabr 2025 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

    AzerVoice xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb.

    XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil etmişdir.

    General-leytenant İlqar Musayev bildirmişdir ki, müasir müharibələr təkcə döyüş meydanında aparılmır — informasiya axınlarının idarə edilməsi, rabitə şəbəkələrinin dayanıqlılığı və kibermühitin qorunması da strateji əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi bir daha nümayiş etdirdi ki, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlətin müdafiə sisteminin ayrılmaz və həlledici hissəsidir.

    Tədbirdə həmçinin son beş il ərzində XRİTDX tərəfindən həyata keçirilmiş işlər və yeni təhlükəsizlik reallıqlarına uyğun qarşıda duran vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin strateji informasiya və rabitə təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət sistemli şəkildə davam etdirilir.

    Sonda Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən Xidmətin 8 zabitinə “Hərbi Xidmətlərə görə” medalları təqdim olunmuşdur.

    Məlumat üçün bildiririk ki, Vətən müharibəsi başladığı ilk gündən – 27 sentyabr 2020-ci il tarixindən etibarən XRİTDX-in 10 əməkdaşı və podratçı şirkətlərin 40 əməkdaşı xüsusi nəqliyyat və texnika ilə cəbhə bölgələrinə ezam edilmiş, işğaldan azad olunan ərazilərdə fiber-optik rabitə xətlərinin çəkilişi və xüsusi rabitə avadanlıqlarının quraşdırılması operativ şəkildə həyata keçirilmişdir.

    Döyüşlərin ən gərgin mərhələlərində etibarlı xüsusi radiorabitəni təmin etmək üçün 29 ədəd “TETRA” baza stansiyası döyüş zonalarında istifadəyə verilmiş, bu stansiyaların mühüm hissəsi XRİTDX mütəxəssisləri tərəfindən xüsusi hərbi nəqliyyat vasitələri üzərində quraşdırılmışdır. Pandemiya ilə əlaqədar təchizat və logistika sahələrində çətinliklərinə baxmayaraq, Xidmət tərəfindən qısa müddətdə 500 ədəd yeni xüsusi şifrəli radiostansiya ölkənin güc strukturlarına təqdim edilmişdir.

    Həmçinin Müdafiə Nazirliyinin müraciətinə əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinə “Bayraktar” və digər müasir tipli uçuş aparatlarının etibarlı və fasiləsiz idarə edilməsi üçün Xidmət tərəfindən qısa müddət ərzində fiber-optik kabellər çəkilmiş və həmin avadanlıqlar Müdafiə Nazirliyinin mövcud rabitə şəbəkəsinə inteqrasiya edilmişdir. Cəbhə xətti boyunca düşmən tərəfindən zədələnmiş rabitə xətləri operativ şəkildə bərpa edilmiş, işğaldan azad olunan ərazilərə 20 km-dən artıq yeni fiber-optik kabel çəkilmişdir.

    Müharibə dövründə kibermühitdə yaranan təhdidlər Xidmət daxilində yaradılmış 24/7 rejimdə fəaliyyət göstərən xüsusi işçi qrup tərəfindən davamlı monitorinq edilmişdir. Dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınsa da, vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində onların qarşısı tam şəkildə alınmışdır.

    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
    #Bayraktar TB3 #Hərbi Hava Qüvvələri #44 günlük Vətən müharibəsi #Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti #8 Noyabr – Zəfər Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

    2 Sentyabr 2026 11:25

    Tarixdə bu gün - 2 Sentyabr

    2 Sentyabr 2026 00:01

    Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

    12 Avqust 2026 13:50

    Baykar və Leonardo yeni PUA təqdim etdi

    22 İyul 2026 10:22

    İran əməliyyatları üçün ordu tam hazırdır - İsrael Kats

    9 İyul 2026 22:33

    Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir

    25 İyun 2026 18:36

    Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

    31 May 2026 12:00

    Avropa Türkiyənin müdafiə sistemlərinə yönəlir - Alman mətbuatı

    19 May 2026 16:16

    Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi

    9 May 2026 21:57

    İran ordusunu tamamilə məhv etdik - Tramp

    5 May 2026 20:01

    Məlumatın gizli süzgəci: Xəbər başlıqlarında gizlədilən həqiqətlər

    4 Aprel 2026 11:40

    Bakı və Abşeronda PUA-larla təlim uçuşları keçiriləcək

    23 Mart 2026 16:10
    XƏBƏR LENTİ

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.