“Bakı KOB evi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, YAP rayon təşkilatının və ərazi partiya təşkilatının, KOBİA-nın nümayəndələri iştirak ediblər.
#8 Noyabr – Zəfər Günü
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Quba şəhərində “Birlik, Zəfər və Barışın Gücü: Qubadan Mediasiya Çağırışı” adlı regional tədbir keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyəti, YAP Quba rayon Təşkilatı, Quba 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı və Mediasiya Şurasının dəstəyi ilə baş tutub.