Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb. Qeyd edək ki, Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.