#29 oktyabr - Türkiyənin Respublikası Günü

İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib. İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Çərşənbə günü göndərdiyi müraciətində Pezeşkian, iki ölkə arasında mövcud olan qədim və dostluq münasibətlərinin qarşılıqlı maraqlar naminə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.

Qarabağ futbol klubu Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib. Bu barədə klub sosial mediada paylaşım edib. "Qardaş Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun" - deyə paylaşımda qeyd edilir. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 29 Oktyabr 1923-cü ildə Respublika idarəçiliyini elan etməsinin xatirəsinə hər il 29 Oktyabrda Türkiyə və Şimali Kiprdə Respublika Bayramı qeyd olunur. Bu bayram 1925-ci ildə qanunla milli bayram statusu almışdır.