ABŞ-ın hazırkı və sabiq rəsmiləri bildiriblər ki, prezident Donald Trampın Əfqanıstandakı Baqram hava bazasını yenidən nəzarətə götürmək istəyinə reallaşdırmaq üçün nəticədə ölkənin yenidən işğalı kimi genişmiqyaslı əməliyyat lazım ola bilər; bu, on minlərlə əsgərin göndərilməsini və qabaqcıl hava müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər.
#Taliban
“Taliban” hərəkatı bildirib ki, təşkilat şənbə günü ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə Əfqanıstan və Amerika arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib. Ağ Ev görüş barədə rəsmi açıqlama yaymayıb və şərh verməkdən imtina edib. Talibanın bəyanatına görə, xarici işlər naziri Əmir Xan Müttəqi Trampın xüsusi girov məsələləri üzrə elçisi Adam Böhler və ABŞ-ın digər nümayəndəsi Zalmay Xəlilzadla görüşüb. Görüşdən fotolar da yayımlanıb. Bəyanatda qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı, vətəndaşlarla bağlı məsələlər və Əfqanıstana investisiya imkanlarını müzakirə ediblər. ABŞ tərəfi həmçinin ötən ay ölkənin şərqini silkələyən zəlzələ qurbanları ilə bağlı başsağlığı verib.
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb. Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC), Əfqanıstandakı Taliban rejiminin iki yüksək vəzifəli lideri – ali dini rəhbər Hibatullah Axundzadə və Talibanın ədliyyə məsələləri üzrə məsul şəxsi Əbdülhəkim Hakanini həbs etmək üçün order verib.
Rusiya, Taliban hakimiyyətini rəsmi olaraq tanıyan ilk ölkə olaraq diqqət çəkən mühüm bir addım atıb.
Taliban hərəkatı üç ildən artıqdır ki, Əfqanıstanda hakimiyyətdədir, ölkədə bir sıra problemlər olsa da, Taliban rəhbərliyi turistləri məmnuniyyətlə qarşılayır.
Kamdeş döyüşü, ABŞ Ordusunun şücaətini və fədakarlığını nümayiş etdirərək, Talibanın üstünlük əldə etməsini əngəlləyən və mübarizənin nə qədər böyük və ağır olduğunu göstərən tarixi bir döyüş oldu.