#Taleh Kazımov

Görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqi geniş müzakirə edilib. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələr bölüşülüb.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərində keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. Taleh Kazımov bu barədə özünün X sosial şəbəkəsində paylaşım edib. Kazımov bildirib ki, görüşdə Azərbaycan və Çin arasında maliyyə sahəsindəki ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. O, ötən ay imzalanmış Anlaşma Memorandumunun hər iki qurum arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.