#Oman

OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər. Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.

OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb. İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.

Omanın Energetika və Faydalı Qazıntılar Nazirliyi dörd konsessiya sahəsi üzrə investisiya imkanlarını açıqlayıb. Bildirilib ki, yerli və beynəlxalq şirkətlər 2025-ci ildə faydalı qazıntıların hasilatı üçün keçiriləcək tenderlərdə iştirak edə biləcəklər. Nazirliyin məlumatına görə, addım ölkənin “Oman 2040 Vizyonu” çərçivəsində mədən sektoruna yatırımların artırılması və sahənin milli iqtisadiyyata töhfəsinin böyüdülməsi strategiyasının bir hissəsidir. İlkin geoloji araşdırmalar konsessiya ərazilərində mis, qızıl, gümüş və xromitlərlə yanaşı sənaye-tikinti üçün vacib olan bazalt və qabbro ehtiyatlarının mövcudluğuna işarə edir.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Oman xarici işlər naziri Seyid Bədr əl-Busəidi ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, Fələstin dövlətinin tanınması istiqamətində aparılan işlər və Qəzzadakı humanitar vəziyyət müzakirə olunub.

Yunanıstanın “Kathimerini” nəşri Türkiyənin dörd Avropa Birliyi ölkəsi ilə imzaladığı Eurofighter Typhoon müqaviləsini təhlil edərək yeni iddia irəli sürüb. Qəzetin məlumatına görə, Türkiyənin ümumilikdə 40 ədəd döyüş təyyarəsi alacağı razılaşma çərçivəsində 28-i yeni istehsal ediləcək, qalan 12-si isə hazırda bu təyyarələrdən istifadə edən Körfəz ölkələri – Oman və Qətər tərəfindən təmin olunacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların yer və vaxtı barədə razılığın əldə edildiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə o “Goftogoo” radiosuna verdiyi açıqlamada bildirib.