Görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.
#Oman
İran hakimiyyəti Oman dənizində 6 milyon litr qaçaq yanacaq daşımaqda şübhəli bilinən xarici neft tankerini saxlayıb. Bu barədə Hormozqan vilayətinin baş prokuroru Möctəba Qəhrəman şənbə günü açıqlama verib. Qəhrəman bildirib ki, tanker Oman dənizində İranın dəniz sərhədləri boyunca aparılan kəşfiyyat nəzarəti çərçivəsində şübhəli yanacaq qaçaqmalçılığı fəaliyyəti ilə əlaqədar saxlanılıb.
İran, Oman Dənizi və Fars Körfəzi sularını boru xətti ilə İsfahan bölgəsinə çatdırmağı nəzərdə tutan “Dəniz Suyunu Orta Platolara Daşıma Layihəsi”nin üçüncü mərhələsinə start verib. İran Prezident Məsud Pezeşkian layihənin 800 kilometrlik Sircan–İsfahan hissəsinin açılışını edib. Layihə, xüsusilə İsfahandakı polad sənayesinin su ehtiyacını qarşılamaq məqsədi daşıyır və Mubarek Polad Şirkətinin dəstəyi ilə həyata keçirilir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Al-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək. Tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.
Türkiyə Milli Müdafiə Nazirliyi, Eurofighter döyüş təyyarələrinin alınması prosesi ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Hava Qüvvələri Komandanlığının əməliyyat ehtiyaclarının qarşılanması məqsədilə yeni istehsal olunmuş Eurofighter Typhoon təyyarələri, avadanlıq və müxtəlif sursatların tədarükü üçün 27 oktyabr 2025-ci il tarixində Birləşmiş Krallıq ilə müqavilə imzalanıb.
Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi arasında təkbətək görüş başlayıb.
29 oktyabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana səfəri çərçivəsində bu ölkənin naziri Sultan bin Məhəmməd Əl Nomani ilə görüşüb.
28 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb. Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb. “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.