#AZHAB Forum 2024

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir. Ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Bilişim Vadisi arasında Anlaşma Memorandumu bağlanıb. Sənədə əsasən, Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib. Memorandum “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” istiqamətləri üzrə maarifləndirmə tədbirlərinin və ortaq təşəbbüslərin həyata keçirilməsini, həmçinin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.