#Böyük İsrail

Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.

İsrail hərbi təyyarələri bölgənin səmalarında dolaşır. Raketlər və bombalar ataraq dağıdır, öldürür, sui-qəsdlər törədir və beynəlxalq hüquq normalarını yaranından bəri görünməmiş şəkildə param-parça edir. İsrail qüvvələri son dövrdə müxtəlif formalarda və dərəcələrdə beş ərəb ölkəsini bombaladı. Əvvəlcə, təbii ki, Fələstin, sonra isə Livan, Suriya, Yəmən və Qətər. Əgər buna İranı da əlavə etsək, say Yaxın Şərqdə altıya çatır. Eyni zamanda “Böyük İsrail” haqqında söhbətlər İsrail hökuməti dairələrinin və başqalarının dilində dolaşır.

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.