30 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya vəMedia” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub. Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinəyüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə vəbilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.
#Azərbaycan-Özbəkistan Media Forumu
Azərbaycan-Özbəkistan Media Forumu yeni ideyalar və təşəbbüslər üçün platformaya çevriləcək - o ideyalar ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığa yeni nəfəs verəcək və qlobal media sferasına töhfə olacaq. Bunu Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin elm və innovasiyalar üzrə prorektoru Nazimə Muratova II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı söyləyib.