#Rusiya

Rusiya ABŞ və İran arasında baş verən son hərbi toqquşmaların ciddi narahatlıq doğurduğunu bildirib. ABŞ və İsrailin İslam Respublikası İrana qarşı həyata keçirdiyi təhriksiz hərbi hücumla başlayan qarşıdurma regionda gərginliyi artırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hər iki tərəfi özünü saxlamağa və dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb. Zaxarova həmçinin vurğulayıb ki, Rusiya və İran ABŞ-ın keçmiş siyasətinə qarşı birgə narazılıq və etimadsızlıq içindədir, və Rusiya Prezidenti Vladimir Putin Tehranla strateji münasibətlərin qorunmasını prioritet hesab edir. Bu açıqlama regionda diplomatik gərginliyin azaldılması və təhlükəsizliyin təmin olunması üçün önəmli bir siqnal hesab olunur.

2026-cı ilin əvvəlində dünyadakı nüvə başlıqlarının sayının 12 187-yə çatdığı bildirilir. Nüvə arsenalına görə ilk iki pillədə Rusiya və ABŞ qərarlaşıb. Bu iki ölkə birlikdə dünya üzrə bütün nüvə başlıqlarının təxminən 86 faizinə sahibdir. Çin son illərdə arsenalını artıraraq üçüncü yerdə möhkəmlənib. Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya da nüvə silahına malik dövlətlər sırasında yer alır. Mütəxəssislər nüvə silahlarının əsas hissəsinin məhz Rusiya və ABŞ-da cəmləşməsinin qlobal təhlükəsizlik balansına təsir göstərdiyini bildirirlər. Son qiymətləndirmələr nüvə silahlanmasının beynəlxalq təhlükəsizlik gündəmində əsas mövzulardan biri olaraq qaldığını göstərir.

Almaniya Xarici İşlər Naziri Yohann Vadeful Rusiyanın Prezidenti Vladimir Putinə müraciət edərək Ukrayna münaqişəsinin Avropa iştirakı ilə danışıqlar yolu ilə həllinə başlamağı təklif edib. Xatırladaq ki, əvvəlcə Vladimir Putin Avropa İttifaqının Ukrayna məsələsinin həllində kömək edə biləcəyini vurğulayıb və bildirib ki, Kiyev kompromislərə getməyə hazır olmalıdır.

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.

3 vaqondan ibarət, çəkisi 210 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 140 ton olan arpa və 1 vaqondan ibarət, çəkisi 69 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Ukrayna FİFA və UEFA-ya müraciət edərək Rusiya və Belarus futbol nümayəndələrinin beynəlxalq turnirlərdə iştirakına məhdudiyyətlərin qorunmasını tələb edib. Ukrayna tərəfi bildirib ki, Rusiya heç bir beynəlxalq yarışmada iştirak etməməlidir, FİFA və UEFA-nın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməməsi tələb olunub və Belarus komandalarının yenidən kənarlaşdırılması istənilib.

Rusiya hökuməti təyyarə yanacağı ixracının müvəqqəti olaraq 30 noyabr tarixinədək qadağan edildiyini açıqlayıb. Qadağadan hökumətlərarası razılaşmalar çərçivəsində həyata keçirilən tədarüklər istisna tutulacaq. Qeyd edək ki, Rusiyada benzin ixracı 1 aprel tarixindən dayandırılıb və hökumət daxili bazarın sabitliyini qorumaq məqsədilə müxtəlif yanacaq növlərinə vaxtaşırı ixrac qadağaları tətbiq edi