Rutte bu barədə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirilən görüşdən sonra Fox News-a açıqlama verib. Onun sözlərinə görə, son aylarda təhlükəsizlik təminatları ilə bağlı müzakirələr aparılır və Vaşinqtonun bu prosesdəki rolu yaxın günlərdə dəqiqləşdiriləcək. Rutte Trampın Putinlə dialoqa başlayaraq “dalanı həll etdiyini” və Rusiyaya təzyiq göstərdiyini vurğulayaraq, görüşü “çox uğurlu” adlandırıb.
#Rusiya
Zelenski əsas məsələlərin yalnız liderlər səviyyəsində həll oluna biləcəyini vurğulayaraq, Putinlə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. O, bu istiqamətdə Avropa liderlərinin də dəstəyini aldığını qeyd edib. Zelenski, həmçinin, bu danışıqların baş tutması üçün ABŞ-ın təzyiqinin mühüm rol oynaya biləcəyini bildirib. Prezident qeyd edib ki, potensial görüşün tarixi hələ müəyyən edilməyib, lakin əsas müzakirə mövzularının təhlükəsizlik zəmanətləri və ərazi məsələləri olacağını gözləyir. Onun sözlərinə görə, ABŞ ilə danışıqlar zamanı Ukrayna xəritələri üzərində real vəziyyət ilk dəfə müzakirə edilib.
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir. Zelenski ilə yanaşı, görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampın sözlərinə görə, bu məsələdə ABŞ da dəstək göstərəcək, lakin yardımın konkret forması hələ açıqlanmayıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada atəşkəs sülh sazişinin imzalanması üçün məcburi şərt deyil, çünki tərəflər döyüşlər davam edərkən də razılaşma üzərində işləyə bilərlər. Bu barədə Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib.
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı müharibəni bitirmək istədiyinə inandığını açıqlayıb. Tramp bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ağ Ev rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskidən Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşə kostyum və qalstukla gəlməsini xahiş ediblər. Bu tələb Ukrayna tərəfinə Ağ Evin protokol xidməti vasitəsilə çatdırılıb.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiyanı sülhə məcbur etməklə bağlı çağırış edib. u barədə Zelenski ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşdən sonra “Telegram” kanalında məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, bütün tənqidçilərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qətiyyətlidir. “Bütün qısqanc tənqidçilərimə baxmayaraq, mən bunun öhdəsindən gələcəyəm. Mən həmişə bunu etmişəm və indi də edəcəyəm” – deyə, o qeyd edib.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edərək sülh danışıqlarına başlayıb. Hazırda o, Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqla görüş keçirir. ABŞ prezidenti Donald Tramp bugünkü görüşlə bağlı “Ağ Evdə böyük bir gündür. Daha əvvəl heç vaxt bu qədər çox Avropa lideri bir araya gəlməmişdi. Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik” - deyərək, tarixi zirvənin əhəmiyyətini vurğulayıb.
ABŞ-ın NATO-dakı səfiri Matt Whitaker bəyan edib ki, Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün bir növ koalisiya və ya ittifaqın yaradılması gündəmdədir.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto hücumdan sonra Rusiya neftinin Macarıstana nəqlinin dayandığını açıqlayıb. O, “Ukrayna yenidən Macarıstana gedən neft kəmərinə hücum edərək, ölkəmizə neft axınının kəsilməsinə səbəb oldu. Bu, enerji təhlükəsizliyimizə qarşı qəbuledilməz bir hücumdur” - deyə bildirib. Nazir əlavə edib ki, məsələ ilə bağlı Rusiya energetika nazirinin müavini Pavel Sorokin ilə danışıb və rusiyalı mütəxəssislərin transformator stansiyasının tezliklə işə bərpa olunması üçün çalışdıqlarını qeyd edib. Lakin neft nəqlinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.