Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti dəfə hücum edib. AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.
#Rusiya
Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısında ümumilikdə 39 fiziki şəxs və 55 şirkət var. Onların arasında 43-ü Rusiya, 10-u Çin, 2-si isə Belarus mənşəlidir. Siyahıya daxil edilən rus şirkətləri arasında “Energiya”, Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi, habelə “Neyrolab” Süni İntellekt Texnologiyaları Mərkəzi da yer alır.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada baş tutan sammiti məhsuldar keçib. Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”
Kamçatkada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 469 km aralıda baş verib. Yeraltı təkanların ocağı 28,6 km dərinlikdə yerləşib.
Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davamlı və qalıcı sülhlə bitməsinin vacibliyini vurğulayaraq, atəşkəsin həm quruda, həm havada, həm də dənizdə təmin olunmasını tələb edib. O, həmçinin bütün ukraynalı hərbi və mülki əsirlərin azad edilməsini və Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılmasını önə çəkib. Zelenski Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib, bazar ertəsi Vaşinqtona gedəcəyini bildirib. O, görüşdüyü liderlərin müharibənin dayandırılması ilə bağlı aydın mövqedə olduğunu, Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin ABŞ və Avropanın dəstəyi ilə təmin edilməsinin vacibliyini vurğulayıb.
Orban ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşlə bağlı sosial mediada açıqlama verib. O, illərdir iki böyük nüvə dövlətinin bir-birinə qarşı sərt mövqelər nümayiş etdirdiyini qeyd edərək, “Bu, bitdi. Bu gün dünya dünənkindən daha təhlükəsizdir”, – deyib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto da sammiti yüksək qiymətləndirərək, ABŞ və Rusiya arasında dialoqun ən yüksək səviyyədə davam etməsinin qlobal təhlükəsizliyi gücləndirəcəyini vurğulayıb. O, Ukraynada müharibənin yalnız danışıqlar və diplomatik kanallar vasitəsilə həll edilə biləcəyini bildirib.
Avropa İttifaqı ölkələrinin liderləri ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən sonra birgə bəyanat yayıblar. Bəyanata Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Finlandiya, Polşa liderləri, Aİ Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen qoşulub.
Məlumata görə, görüşdə NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Almaniya, Finlandiya, Polşa, İtaliya və Böyük Britaniya liderləri də iştirak ediblər. Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ lideri ilə telefon danışığından sonra bazar ertəsi Vaşinqtona səfər edəcəyini, Tramp ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müzakirələr aparacağını açıqlayıb.