#I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sazişlərin ümumi dəyəri açıqlanıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.