İraq Nəqliyyat Nazirliyi bildirib ki, Bağdad Beynəlxalq Hava Limanı pis hava şəraiti səbəbindən 12 saatlıq fasilədən sonra cümə axşamı yenidən açılıb. Hakimiyyət orqanları saat 13:30 radələrində pis hava şəraiti və görünürlüyü kəskin şəkildə azaldan duman səbəbindən Bağdad hava limanını müvəqqəti olaraq hava nəqliyyatı üçün bağladıqlarını açıqlayıblar. İraqın mərkəzindəki Nəcəf və şimali Kürdüstan bölgəsindəki Süleymaniyyə kimi digər hava limanları da bağlanıb.
#Bağdad
ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib. Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib. “İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.
İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.
İraq Baş naziri Məhəmməd Şiəəs-Sudani bu gün (çərşənbə günü) bəyan edib ki, İraq hökuməti ABŞ-la ikitərəfli əməkdaşlığın davamlı dinamikasını qorumağa və son aylarda əldə edilmiş razılaşma və anlaşmaların icrasını davam etdirməyə böyük önəm verir. Sudani bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı səsləndirib. İraq hökumətinin yaydığı bəyanata görə, baş nazir bildirib ki, hökumət iqtisadi əlaqələri genişləndirmək, cəlbedici investisiya mühitini inkişaf etdirmək, həmçinin ABŞ şirkətlərinin İraqda fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmaq istiqamətində çalışır.
İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.
İraqda 11 noyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşır. Lakin gözlənilən sabitlik və dəyişiklik əvəzinə, cəmiyyət yenidən illərdir təkrarlanan suallarla üz-üzədir: seçkilər vaxtında keçiriləcəkmi, “fövqəladə hökumət” qurulacaqmı, boykot seçkilərin legitimliyinə necə təsir göstərəcək? Altı seçki mərhələsi arxada qalsa da, partiyaların ritorikası dəyişməyib. Hakimiyyət hələ də “Baas”ın qayıdışı ilə qorxudur, məzhəbçi narahatlıqları dərinləşdirir. Seçkilərdə iştiraka çağırışlar çox vaxt “şiə çoxluğunun nailiyyətlərini qorumaq” iddiaları və hətta silah işlətmə hədələri ilə müşayiət olunur.
İraq Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani Türkiyədə aparılan sülh prosesinə dəstək verəcəklərini və bunun üçün bütün imkanlarını səfərbər edəcəklərini bəyan edib. Bərzani, ABŞ və beynəlxalq koalisiyanın 2025-ci ilin sonuna qədər İraqdan çəkilməsinin bölgədə ciddi təhlükələr yaradacağını bildirib.
İranın Bağdaddakı təsiri, şiə dini lider Ayətullah Əli Sistaninin rəhbərlik etdiyi Nəcəf dini mərcəliyi qarşısında zəifləyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi dairələrinin silahlı qrupları silahların məhdudlaşdırılması və “Həşdi-Şaabi”nin dövlət strukturlarına inteqrasiya planlarına qarşı yönləndirmə cəhdlərinə baxmayaraq, İraq şiələrinin dini rəhbərliyi hakim koalisiya ilə ciddi problemlər yaşayır. Hakimiyyət isə böhranın dərinləşməsini önləməkdə ləngiyir və vəziyyət “qaynama nöqtəsinə” yaxınlaşır.
Kürdüstan Regional Hökumətinin başçısı isə yezidilərin yurdlarına qayıtmasının “Sincar razılaşmasının” icrasından asılı olduğunu bildirib, əsirlərin azad edilməsi və itkinlərin taleyinin müəyyənləşdirilməsi üçün səylərin davam edəcəyini deyib. Onun sözlərinə görə, Sincardakı silahlı qruplar və qeyri-qanuni milislər çıxarılmadan bölgədə təhlükəsiz dönüş mümkün deyil.
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani, ölkəsinin İsrail-İran qarşıdurması dövründə neytrallığını qorumağı bacardığını və ABŞ ilə münasibətləri gücləndirmək istədiklərini bəyan edib.
İraqın şərqində yerləşən Əl-Kut şəhərindəki beşmərtəbəli ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində azı 50 nəfər həyatını itirib.
İraqın neft yataqlarına bomba yüklü pilotsuz təyyarə PUA hücumu olub.