#III MDB Oyunlarıı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək. Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.

Azərbaycanda keçirilən III MDB Oyunlarında stolüstü tennis üzrə fərdi yarışlara start verilib. Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Yağmur Məmmədli və Mərziyə Nurmətova qüvvələrini sınayıblar. Onlar yarımfinalda müvafiq olaraq, Amina İlımbetova (Rusiya) və Məftunə Qulimova (Özbəkistan) qarşılaşıblar.