#Türkiyə dəniz nəqliyyatı

2026-ci ilin yanvar ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 6 milyon 910 min 808 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 5 milyon 580 min 975 nəfər, beynəlxalq reyslər üzrə isə 7,8 faiz artaraq 1 milyon 329 min 833 nəfər təşkil edib.

2025-ci ilin dekbar ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 12 milyon 660 min 80 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 7 milyon 586 min 752 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 5 milyon 73 min 328 nəfər təşkil edib.

Türkiyədə dəniz nəqliyyatında istifadə olunan gəmilərin və gəmi heyətinin beynəlxalq qaydalara uyğunluğunun yoxlanılması və bu sahədə tətbiq olunacaq sanksiyalarla bağlı yeni qaydalar müəyyənləşdirilib. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan “Liman Dövləti Nəzarətinin Tətbiqi Qaydaları Haqqında Əsasnamə” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib. Yeni əsasnaməyə əsasən, Türkiyənin dəniz yurisdiksiyasında fəaliyyət göstərən gəmilərin beynəlxalq tələblərə uyğunluğu, gəmi heyətinin iş və yaşayış şəraitinin standartlara cavab verib-vermədiyi yoxlanılacaq. Uyğunsuzluq aşkar edilərsə, müvafiq inzibati tədbirlər görüləcək. Eyni zamanda, liman dövləti nəzarəti aparacaq şəxslərin seçilməsi və fəaliyyətinə dair meyarlar da müəyyən olunub.