Mançester Yunaytedin azlıq səhmdarı Sir Cim Ratklif klubun zəif nəticələri fonunda baş məşqçi Ruben Amorimlə təcili görüş keçirib. Ratklif cümə axşamı helikopterlə Karrinqton bazasına gələrək Amorim və klub rəhbərliyinin digər nümayəndələri ilə danışıqlar aparıb.