Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev kənd təsərrüfatı, “yaşıl” enerji, ətraf mühitin mühafizəsi və mexaniki avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən bir sıra Çin şirkətlərinin nümayəndələri ilə görüşüblər.
#AZPROMO sərgilər
Sərgidə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur. Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.
2025-ci il 25–27 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “SMART LIFE EXPO – International exhibition in Azerbaijan, 2025” beynəlxalq sərgisi keçiriləcək. Sərgidə avtomobil və avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları, istehlak malları, elektronika və elektrotexnika məhsulları, ağıllı yaşayış və ofis sistemləri də daxil olmaqla müxtəlif sahələr üzrə istehsalçı şirkətlər iştirak edəcəklər.