ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə 3,8 faizə yüksəlib. Rəsmi məlumatlara görə, enerji və yanacaq qiymətlərindəki artım, eləcə də İranla bağlı geosiyasi gərginlik inflyasiya təzyiqlərinin güclənməsinə təsir göstərib.
#qlobal iqtisadiyyat
“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser Hörmüz boğazında yaranmış fasilələrin qlobal neft bazarı üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, dünya bazarı hər həftə təxminən 100 milyon barel neft itkisi ilə üzləşə bilər. Nasser qeyd edib ki, boğazdan keçən gəmi sayı kəskin azalaraq gündəlik 70-dən iki-beş gəmi səviyyəsinə enib. Şirkət rəhbəri vəziyyətin uzun müddət davam etməsinin enerji bazarlarında ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
G20 daha çox məsuliyyət üzərinə götürməlidir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində keçirilən sessiyada çıxış edərəkən bildirib. Ərdoğan, 2030 Davamlı İnkişaf Məqsədlərinə baxmayaraq, dünyada hər 10 nəfərdən birinin hələ də həddindən artıq yoxsulluqla üzləşdiyini vurğulayıb. O, qlobal inkişaf yardımlarında yaşanan azalmaya diqqət çəkərək bildirib ki, 2024-cü ildə 9 faiz azalan beynəlxalq inkişaf yardımlarının 2025-ci ildə 17 faizə qədər düşəcəyi gözlənilir. Bu azalmanın xüsusilə Afrika üçün ciddi itkilərə səbəb olacağı qeyd olunub.
İslam ölkələri qlobal siyasətin formalaşmasında əsas rol oynamağa imkan verən böyük iqtisadi və strateji gücə malikdirlər. Bu imkanlar təbii sərvətlər – neft və qaz, böyük demoqrafik gücü olan insan kapitalı, həmçinin qitələri birləşdirən strateji coğrafi mövqe kimi üstünlükləri əhatə edir. Bu amillər, əgər baxışlar və maraqlar birləşdirilərsə, İslam ölkələrinə ticarət, iqtisadiyyat və beynəlxalq siyasətin istiqamətlərinə təsir etmək üçün böyük güc verir.