#Rəfah buraxılış məntəqəsi

Misir dövlət mediası və Qırmızı Aypara rəsmisinin verdiyi məlumata görə, Qəzzanın Misirlə sərhədindəki keçid məntəqəsi cümə axşamı günü məhdud sayda insan üçün yenidən açılıb. Bu, İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən bəri ilk belə haldır. AFP-yə anonim açıqlama verən Misir Qırmızı Aypara rəsmisi Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə fəaliyyətini bərpa etdiyini bildirib. Bu, fələstinli xəstələrin Misirə keçməsinə, Misirdə qalan fələstinlilərin isə Qəzzaya qayıtmasına imkan verəcək. Misir kəşfiyyatına yaxınlığı ilə bilinən "Al-Qahera News" telekanalı Misir tərəfində tibbi müalicə alan fələstinlilərin Qəzzaya qayıtmaq üçün hazırlaşdıqlarını göstərən görüntülər yayımlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Raid ən-Nims Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilməsi planlaşdırılan üçüncü qrup xəstə və yaralıların təxliyəsinin təxirə salındığını elan edib. Sözçü mətbuata verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Reabilitasiya Xəstəxanasından xəstələrin çıxarılması prosesinin dayandırılması barədə məlumat aldıqlarını bildirib.

İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.

Rəfah Sərhəd Keçid Məntəqəsi atəşkəs razılaşması çərçivəsində iki istiqamətli fəaliyyətə başlayıb. Razılaşmaya əsasən, ilkin mərhələdə 150 fələstinlinin Qəzza zolağından çıxışına icazə verilib. Onun sözlərinə görə, atəşkəs razılaşmasının birinci mərhələsində keçid məntəqəsinin açılması nəzərdə tutulsa da, İsrail bu prosesi uzun müddət əsassız şəkildə gecikdirib.

Amerikalı aktrisa Ancelina Coli Misir və Qəzza zolağı arasındakı sərhəddəki "Rəfah" keçid məntəqəsinə humanitar missiya ilə baş çəkib. Bu barədə Misirin "Al-Youm as-Sabia" informasiya portalı xəbər verib. Məlumata əsasən, səfəri zamanı aktrisa Şimali Sinay qubernatoru Xalid Müqavir ilə görüşüb və onunla birlikdə Qəzza sakinləri üçün humanitar yardım ləvazimatlarının saxlanıldığı Misir Qızıl Aypara Cəmiyyətinin anbarlarına baxış keçirib.

Qəzzada ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail razılaşma şərtlərini yerinə yetirmir. Atəşkəs müddətində İsrail ordusu ən azı 194 dəfə atəşkəsi pozub. Razılaşmaya əsasən Qəzzaya gündəlik 600 yük maşını humanitar yardım daxil olmalı olduğu halda, əraziyə orta hesabla cəmi 145 yük maşını buraxılır. Girişinə icazə verilən yardımların çoxunda un, yağ kimi əsas ərzaq məhsulları əvəzinə cips, şokolad və biskvit kimi məhsulların yer aldığı bildirilir. Yerli rəsmilər bunun qəsdən edildiyini, İsrailin həyati əhəmiyyətli ərzaqları ən sona saxlayaraq yeni aclıq taktikasına əl atdığını vurğulayır.

Misir-Qəzza zolağı sərhəddindəki "Rəfah" buraxılış məntəqəsi “növbəti xəbərdarlığa qədər” bağlı qalacaq. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, onun açılması məsələsinə HƏMAS-ın ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirməsindən sonra baxılacaq.

HƏMAS-ın Qəzzada saxladığı 4 israilli əsirin cənazəsini gecə saatlarında təhvil verməsinin ardından İsrailin, Qəzzanın dünyaya açılan qapısı hesab edilən Qəzza-Misir arasındakı Rəfah Sərhəd Keçidini bu gün atəşkəs razılaşmasına uyğun olaraq açacağı bildirilib. İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, İsrail hökuməti HƏMAS-a qarşı bu gün tətbiq ediləcəyini elan etdiyi sanksiyalardan imtina etmək qərarına gəlib.

İsrail, Qəzzaya humanitar yardımın çatdırılması məqsədilə Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsini yenidən açıb. Yardımlar Misir tərəfdən Rəfah keçid məntəqəsi vasitəsilə gətirilərək, İsrailin nəzarətində olan Kərəm Əbu Salimdən daxil edilir. Bu proses ABŞ-ın vasitəçiliyi ilə Misir və İsrail arasında əldə olunmuş yeni razılaşmaya əsasən həyata keçirilir. Razılaşmaya görə, yardım karvanları əvvəlcə Misir tərəfdən Rəfah məntəqəsinə, oradan isə İsrailin Kərəm Əbu Salim keçid məntəqəsinə yönləndirilir. Burada İsrail rəsmiləri tərəfindən ciddi yoxlamadan keçirilən yardım yük maşınları daha sonra Qəzzaya – Zikim və Kərəm Əbu Salim keçid məntəqələri vasitəsilə buraxılır.