ABŞ, Böyük Britaniya və Avstraliya “nüvə ilə işləyən sualtı gəmi alyansı” kimi tanınan AUKUS ortaq təhlükəsizlik sazişi üzrə işləri sürətləndirməyə qərar verib. ABŞ-ın müdafiə naziri Pit Hegsət, Böyük Britaniyanın müdafiə naziri Con Hili və Avstraliya baş nazir müavini və müdafiə naziri Rişard Marls ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüblər və görüş barədə ortaq açıqlama verilib. Açıqlamaya görə, görüşdə AUKUS sazişinə sadiqliklərini təsdiqləyən nazirlər əməkdaşlığın uzunmüddətli uğur qazanması üçün prosesin sürətləndirilməsi və qısa müddətli hərbi hədəflərə fokuslanmaq barədə razılığa gəliblər.
#Avstraliya AUKUS sazişi
Avstraliya AUKUS sazişi çərçivəsində əldə edəcəyi nüvə sualtı qayıqları üçün infrastrukturun modernləşdirilməsinə böyük sərmayə ayıracaq. Bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz məlumat verib. Onun sözlərinə görə, hökumət 12 milyard Avstraliya dolları (təxminən 8 milyard ABŞ dolları) xərcləyərək gəmiqayırma və texniki xidmət müəssisələrini yeniləyəcək. Bu sərmayə on il ərzində qərbi Avstraliyanın Pert şəhərində yerləşən gəmiqayırma və təmir mərkəzinə yönəldiləcək.