“İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan yüksək rütbəli zabitlərlə keçirilən konfransda İsrailin böyük orduya ehtiyac duyduğunu bildirib. Netanyahu, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə çıxışında deyib. “Ehtiyat qüvvələri əsas və həyati əhəmiyyət daşıyan elementdir. Biz böyük, güclü və ağıllı orduya ehtiyac duyuruq.”-deyə o bildirib.
#İsrail ordusu sağlamlıq böhranı
İsrail ordusu cümə axşamı səhər saatlarında hökumətlə HƏMAS hərəkatı arasında Qəzzədə atəşkəs və bütün girovların azad edilməsi barədə əldə olunan razılaşmanı alqışlayıb. Ordudan verilən açıqlamada bildirilib ki, qüvvələr girovların qarşılanması üçün hazırlıqlara başlayıb. AzerVoice xəbər verir ki, ordunun “X” platformasında yayımladığı bəyanatda qeyd olunub ki, “Baş Qərargah rəisi Eyəl Zamir güclü müdafiə mövqeyinin saxlanılması və bütün mümkün ssenarilərə qarşı tam hazırlıq vəziyyətinin təmin edilməsi barədə göstəriş verib.”
İsrail ordusunun sözçüsü Avihay Adrai “X” platformasında paylaşımında “Cənub bölgəsindən hərəkət üçün ər-Rəşid küçəsi yerli vaxtla saat 12:00-da bağlanacaq. Qəzzə şəhərini tərk edə bilməyənlər üçün cənuba hərəkət imkanı açıq qalacaq. Bu mərhələdə Müdafiə Ordusu cənuba keçidi sərbəst və yoxlamasız şəkildə təmin edir.”-deyə yazıb.
Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”