Çin ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Tayvan boğazında həyata keçirdiyi təxribat xarakterli hərəkətləri qeydə alıb. Bu barədə Çin Xalq Azadlıq Ordusunun (XAO) Şərq Döyüş Komandanlığının sözçüsü, polkovnik Şi İ məlumat verib. Onun sözlərinə görə, cümə günü Tayvan boğazından ABŞ-a məxsus “USS Higgins” esminesi və Böyük Britaniyanın “HMS Richmond” freqatı keçib. Şi İ bu fəaliyyəti “narahatlıq doğuran təxribatçı addım” kimi dəyərləndirib. Polkovnik əlavə edib ki, Şərq Döyüş Komandanlığı həmin gəmilərin hərəkətini izləmək üçün donanma və hava qüvvələrini cəlb edib və XAO “situasiyaya effektiv reaksiya verib”.