Beynəlxalq Valyuta Fondu enerji təchizatında uzunmüddətli fasilələrin dünya iqtisadiyyatı üçün ciddi risk yaradacağını bildirib. Fondun strategiya məsələləri üzrə direktoru Kristian Mumssen ABŞ ilə İran arasında davam edən qarşıdurmanın iqtisadi proqnozları çətinləşdirdiyini qeyd edib. Onun sözlərinə görə, Fond müxtəlif inkişaf ssenarilərini nəzərdən keçirməyə davam edəcək. Mumssen enerji qiymətlərinin bir çox ölkə üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. O hesab edir ki, enerji təchizatında uzunmüddətli problemlər qlobal artıma və inflyasiyaya mənfi təsir göstərə bilər. Beynəlxalq Valyuta Fondu cari il üzrə dünya iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır. Lakin regiondakı hərbi gərginlik bu proqnozlara təsir edə bilər. Ekspertlər enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyini bildirirlər.
#Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondunun strategiya məsələləri üzrə direktoru Kristian Mumssen hökumətləri qiymət sabitliyini qorumağa çağırıb. O bildirib ki, son illərdə dünya iqtisadiyyatı pandemiya, yaşayış xərclərinin artması, ticarət gərginlikləri və silahlı münaqişələr kimi ardıcıl böhranlarla üzləşib. Mumssen süni intellekt və rəqəmsal maliyyə texnologiyalarının sürətli inkişafının da iqtisadi mühitə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq sistem daha parçalanmış və çoxqütblü quruluşa doğru dəyişir. Ekspert hesab edir ki, dünya iqtisadiyyatı indiyədək dayanıqlılıq nümayiş etdirsə də, qeyri-müəyyənlik yüksək olaraq qalır. O, hökumətlərə dövlət maliyyəsini sağlam saxlamağı, inflyasiya və dövlət borcunu nəzarətdə saxlamağı tövsiyə edib. Mumssen təchizat zəncirindəki pozuntuların qiymət sabitliyini təhdid etdiyini də bildirib. Onun fikrincə, iqtisadi siyasətdə etibarlılığın qorunması hazırkı dövrdə əsas prioritetlərdən biridir.
Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivye Qurenşa ABŞ Federal Ehtiyat Sistemində faiz siyasətinə dair yönləndirmənin azaldılması planını tamamilə uyğun addım adlandırıb. Onun sözlərinə görə, mərkəzi banklar bazarlara müəyyən uzunmüddətli istiqamət verməyə davam etməlidir. Lakin çox sərt və öncədən müəyyən edilmiş yönləndirmə iqtisadi dəyişikliklərə çevik reaksiya verməyi çətinləşdirə bilər. Qurenşa bildirib ki, güclü yönləndirmə mərkəzi bankları gələcək addımlara əvvəlcədən bağladığı üçün son illərdə tənqid olunur. Bu yanaşma iqtisadi şərait dəyişdikdə pul siyasətinin uyğunlaşdırılmasını məhdudlaşdıra bilər. O, daha çevik və vəziyyətə uyğun siyasətin bazarlar üçün daha faydalı ola biləcəyini vurğulayıb. Qurenşa gələn həftə vəzifəsini tərk edərək akademik fəaliyyətə qayıdacaq. Onun açıqlaması qlobal maliyyə bazarlarında mərkəzi bankların rabitə siyasəti ilə bağlı müzakirələr fonunda səslənib.
Venesuela Fond Birjası Karakasda ticarəti müvəqqəti dayandırıb. Prezident Deltsi Rodriqes zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Beynəlxalq Valyuta Fondundan 200 milyon dollar ayıracağını bildirib. Zəlzələlərdən sonra 30-a yaxın təkan hiss edilib.
10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə “Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.
Fevralın 4-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ABŞ iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ilin aprel ayında proqnozlaşdırdığından iki dəfə sürətli böyüyəcək. ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında deyib. "Cəmi bir ildən bir az çox əvvəl, radikal solçu Demokratların dövründə biz ölü bir ölkə idik. İndi ABŞ iqtisadiyyatı BVF-nin ötən aprel ayında proqnozlaşdırdığından ikiqat sürətlə böyüyür. Və mənim böyümə siyasətlərim və tariflərimlə daha da sürətlə böyüməlidir. Həqiqətən inanıram ki, daha yaxşı işlər görə bilərik. Bu, bütün ölkələr üçün əla xəbərdir. ABŞ planetin iqtisadi mühərrikidir və Amerika çiçəklənəndə bütün dünya çiçəklənir. Tarix bunu göstərir. Və indi biz əvvəllər heç vaxt çatmadığımız bir səviyyədəyik. Heç vaxt düşünməmişdim ki, bunu bu qədər sürətlə edə bilərik", - deyə Tramp bildirib.
Mərkəzi Asiya və Qafqazdakı infrastruktur layihələri ticarət əlaqələrinin gücləndirilməsində əsas rol oynayır. “Qafqaz və Mərkəzi Asiya ölkələrinin orta iqtisadi artım tempi hələ də yüksək olaraq qalır və bu il 5,6% təşkil edəcək ki, bu da bahar toplantılarındakı qiymətləndirmələrlə müqayisədə proqnozun 0,7 faiz bəndi yüksəlməsini əks etdirir. Belə yüksək artım səviyyəsi nə ilə izah oluna bilər? Dayanıqlı daxili tələbat, kredit ekspansiyası , eləcə də stabil və ya böyük həcmdə neft-qaz ixracı mövcuddur.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir. Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.