Türkiyənin tanınmış klublarından Fənərbaxça, 28 yaşlı cinah oyunçusu Cengiz Ünderin satın alma opsiyası ilə Beşiktaş klubuna icarəyə verildiyini açıqlayıb. Fənərbaxça klubunun yaydığı rəsmi məlumatda transferin mövsüm sonuna qədər keçərli olduğu bildirilib. Cengiz Ünder peşəkar futbol karyerasına Altınordu klubunun altyapısında başlayıb. 2016-17 mövsümündə İstanbul Başakşəhərə transfer olunan oyunçu, burada keçirdiyi 43 qarşılaşmada 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışın ardından o, təxminən 14 milyon avroya İtaliyanın Roma klubuna transfer olunub.