#Yaponiyada Liberal Demokrat Partiya

Yaponiyanın Baş naziri Siqeru İsiba istefa vermək niyyətindədir. İsiba bu qərarı rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyada parçalanmanın qarşısını almaq üçün verib. Qeyd edək ki, bazar ertəsi partiyanın bütün deputatları və regional təşkilatların nümayəndələri arasında partiya sədri seçkilərinin vaxtından əvvəl keçirilməsi məsələsi ilə bağlı sorğunun nəticələri açıqlanmalı idi. İyul ayında keçirilən parlament seçkilərində uğursuzluqdan sonra partiya daxilində bir çoxları İsibanın istefasını tələb edirdi.