#qırımlı tatar dili

Avrasiyanın düz ortasında, Qafqazın ətəklərindən tutmuş Yakutiyanın sərt çöllərinədək uzanan torpaqlarda hələ də çoxsəsli bir simfoniya eşidilir. Bu - türk dillərinin səsi, qədim imperiyaların, köçəri sivilizasiyaların, Qızıl Ordanın və müstəqil xanlıqların canlı yadigarıdır. Kazanın, Ufanın, Yakutiyanın, Çərkəsin, Mahaçqalının və Simferopolun səslərdir bunlar. Amma bu gün həmin simfoniya asta-asta kəsilir, dövlət standartının yeknəsəq gurultusu altında boğulur. Onun ahəngi biganəliyin, anlaşılmazlığın və əsrlərdir davam edən məqsədli siyasətin divarına dəyib qırılır.