#Əliyar Ağayev

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq. Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti beynəlxalq təyinat alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland matçında baş hakim funksiyasını icra edəcək. Məsiyevə köməkçi hakimlər kimi Elşad Abdullayev və Pərvin Talıbov dəstək verəcəklər.