#Sual-cavab

İslam dini insanın əks cinsə meylini fitri bir ehtiyac kimi qəbul edir və bu ehtiyacın yalnız halal yolla – nikah vasitəsilə təmin olunmasına icazə verir. Evliliyin məqsədləri arasında nəsil artırmaq, qohumluq bağları qurmaq və insan nəslinin davamını təmin etmək olduğu kimi, əsas məqsədlərdən biri də insanın təbii şəhvətini halal çərçivədə tətmin etməkdir.