İslam dini insan həyatının toxunulmazlığına xüsusi önəm verir və həm öz həyatına qıymağı, həm də başqasının həyatına son qoymağı böyük günah sayır. Qurani-Kərimdə bir insanı xilas etməyin bütün bəşəriyyəti xilas etməyə bərabər olduğu bildirilir. Məhz buna görə orqan nəqli məsələsi həm tibbi, həm də dini baxımdan son dərəcə həssas bir mövzudur.
#Sual-cavab
İslamda içkinin haram olmasının səbəbləri, Quran ayələri, Peyğəmbərin (s.ə.s.) buyuruqları və spirtli içkilərin insan sağlamlığına, psixologiyasına və cəmiyyətə təsiri haqqında geniş izah
“Mələklərə: ‘Adəmə səcdə edin!’ - dedik. Cinlərdən olan İblis istisna olmaqla hamısı səcdə etdi. O isə Rəbbinin əmrinə qarşı çıxdı. İndi siz məni qoyub onu və onun nəslini özünüzə dost edirsiniz? Halbuki onlar sizin düşməninizdir...”
İslam fiqhində həm kişilər, həm də qadınlar üçün bədənin müəyyən hissələrinin örtülməsi dini və ictimai dəyər sayılır. Quran ayəsinə görə geyim həm ayıb yerlərin örtülməsi, həm də təqvanın təcəssümü kimi təqdim edilir. Geyim təbii bir ehtiyac olmaqla yanaşı, cəmiyyətdə əxlaqi nizamın qorunmasına da xidmət edir.
İslam dini həm fiziki, həm də mənəvi təmizliyə böyük önəm verir. Qurani-Kərimdə və hədislərdə təmizlikə çağırış açıq-aydın göstərilir. Allah təala buyurur: “Səndən aybaşı barəsində soruşurlar… Təmizləndikdə isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın.” Bu və digər ayələr paklığa, təmizlik səylərinə verilən dəyəri vurğulayır.
Vaxtında qılınmayan namazların qəza edilməsi üçün müəyyən edilmiş xüsusi vaxt yoxdur. Kərahət vaxtları istisna olmaqla, qəza namazı hər zaman qılına bilər. Namaz qılınması qadağan olunan bu vaxtlar Üqbə ibn Amir tərəfindən rəvayət edilən hədisdə belə qeyd olunur:
İslam dinində məscidlər yalnız ibadət üçün deyil, həm də mənəvi təmizlənmə, elm öyrənmə və cəmiyyətin bir araya gəldiyi müqəddəs yerlərdir. Bəs məsciddə yatmaq olarmı? Bu mövzu ilə bağlı İslam alimləri arasında müxtəlif görüşlər mövcuddur.
Namazdan sonra Ayətül-kürsinin oxunması ilə bağlı hədislər var. Hüseyn b. Əlinin rəvayət etdiyi hədisdə belə buyrulur ki , : “Allah Rəsulu , kim fərz namazlardan sonra “Ayətul-kürsi”ni oxuyarsa, növbəti namaza qədər Allahın nəzarətində olar”.
İslam alimləri qeyd edir ki, vəhylərin son dövrlərdə artması, həm İslam cəmiyyətinin formalaşması və yeni müsəlmanların dini ehtiyaclarının ödənməsi, həm də Peyğəmbərin dünyadan ayrılmasının yaxınlaşdığına dair ilahi bir işarə idi.
Cinlər ayrıca bir aləmin varlıqlarıdır. Onlarla dostluq qurmaq çətin və demək olar ki, imkansız olması ilə yanaşı, bunun ciddi təhlükələri də ola bilər. Cinlərlə əlaqə yaratmaq müəyyən mənada mümkündür, lakin bu, hər halda gerçəkləşən bir hal deyil. Üstəlik, bu cür əlaqə çox vaxt mənəvi və ruhi baxımdan risklidir.
Adəmdən (ə.s.) sonra peyğəmbər onun oğlu Şis (ə.s.) idi. Şisin övladları əvvəllər Adəmin Nevz və ya Bevz dağındakı mağarada yerləşən cəsədini ziyarət edir, ona hörmət göstərir və onun üçün Allahdan rəhmət diləyirdilər.
Namaz, oruc, zəkat, həcc kimi ibadətlərdə qadın və kişi eyni məsuliyyət daşıyır.