Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / İslam və həyat: Şəriət sualları
    İslam və həyat: Şəriət sualları

    Mağaradakı hörümçək və göyərçin möcüzəsi: Həqiqət nədir?

    1 İyul 2025 17:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mağaradakı hörümçək və göyərçin möcüzəsi: Həqiqət nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İslam tarixində mühüm hadisələrdən biri olan Hicrət zamanı Peyğəmbərimiz Məhəmməd və səhabəsi Əbu Bəkrin Səvr dağındakı mağarada gizlənməsi, Qurani-Kərimdə və səhih hədislərdə öz əksini tapmışdır. Bəs, bu məşhur hadisə ilə bağlı tez-tez xatırlanan hörümçək toru və göyərçin yuvası haqqında rəvayətlər nə qədər doğrudur?

    Qurani-Kərimdə Tövbə surəsinin 40-cı ayəsində bu hadisə belə təsvir olunur:

    Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Həzrət Peyğəmbər dostu Həzrət Əbu Bəkrlə Məkkədən Mədinəyə hicrət edərkən müşriklər onları tutmaq üçün axtarışa çıxmışdılar. Onlar da Sövr mağarasına sığınıb gizlənmişdilər. Onların mağarada olduqlarından şübhələnən müşriklər ora yaxınlaşdıqları zaman Həzrət Əbu Bəkr təşvişə düşmüşdü. Ancaq müşriklər mağaranın ağzında göyərçin yuvasını və hörümçək torunu gördükləri zaman geri dönmüşdülər.)

    Bu ayədən aydın olur ki, Allah Peyğəmbərini görünməyən əsgərlərlə müdafiə etmişdir. Ayədə konkret olaraq hörümçək və ya göyərçin zikr olunmasa da, alimlər bu “görünməyən əsgərlər”in mələklər, eləcə də hörümçək, göyərçin və ağac kimi canlı və təbii vasitələr ola biləcəyini qeyd etmişlər.

    Rəvayətlər və hədis mənbələri

    Məşhur hədis və təfsir alimləri – İbn Kəsir, Əhməd ibn Hənbəl, Abdurrazzak və Təbərani – hörümçəyin tor hörməsi və göyərçinin yuva qurması ilə bağlı rəvayətlər nəql etmişlər. Hətta bəzi rəvayətlərdə qeyd olunur ki, göyərçin mağara ağzında yumurtlamış, hörümçək isə tor hörmüş və düşmənlər mağaraya baxaraq “əgər içəridə kimsə olsaydı, bu tor qırılmış olardı” deyə düşünərək geri qayıtmışlar.

    Ancaq bu rəvayətlərin isnad baxımından qiymətləndirilməsi alimlər arasında fərqlidir. Hafiz İbn Həcər əl-Əsqəlani bu rəvayəti “həsən” (orta dərəcədə etibarlı) saymış, İbn Kəsir də bu fikrə qatılmışdır. Digər tərəfdən, Nasruddin əl-Albani və Şuayb əl-Arnavut kimi müasir mühəddislər isə bu hədisləri zəif və “münkər” (qəbul olunmayan) kimi qiymətləndirmişlər.

    Həqiqət və hikmət

    İslam alimləri ümumilikdə qeyd edirlər ki, belə fəzilət və ibrət yönümlü xəbərlərdə, xüsusilə əhkam (hüquqi hökmlər) ilə əlaqəli olmayan məsələlərdə rəvayətlərin qəbulunda daha yumşaq yanaşma sərgilənir.

    Bu mənada, Allahın Rəsulunu qorumaq üçün adi bir hörümçək torundan və ya göyərçindən istifadə etməsi, Əbabil quşları ilə fil ordusunu məhv etməsinə bənzər ilahi qüdrət nümunəsi sayılır.

    Hörümçək toru və göyərçin yuvası ilə bağlı rəvayətlər, Quranla tam dəstəklənməsə də, bəzi etibarlı mənbələrdə yer almış, dini ədəbiyyatda geniş yayılmış və mənəvi baxımdan hikmətli nümunələr kimi qəbul edilmişdir. Bu hadisə, Allahın qullarını qorumaqda istədiyi vasitələrdən istifadə etmə gücünün sonsuzluğunu bir daha göstərir.

    #Sual-cavab #İslam irsi #Peyğəmbər mağara hadisəsi #Səvr mağarası #Peyğəmbər və Əbu Bəkr mağarada #Mağarada hörümçək toru #Mağarada göyərçin rəvayəti #Hörümçək toru ilə qorunma #İslamda möcüzələr #Hicrət zamanı mağarada gizlənmə #Quranda mağara ayəsi #Tövbə surəsi 40-cı ayə #Peyğəmbərin qorunması #İbn Kəsir hörümçək rəvayəti #Ənəs ibn Malik göyərçin #Hicrət hadisəsi #Rəsulullahın Hicrəti #İslamda təbii möcüzələr #Mötəbər hədislər #Zəif və mötəbər rəvayətlər #Peyğəmbərin həyatı #Allahın görünməyən əsgərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

    17 May 2026 01:26

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

    26 Aprel 2026 12:01

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    İslam tarixində şanlı nəslin tərifi – səhabələr

    19 Aprel 2026 10:43
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.