Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.
#Leyla Əliyeva
Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.
Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.
YARAT Müasir İncəsənət Mərkəzində “Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Şirvanşahlar Sarayında Azərbaycan rəssamı Vüsalə Ağarazıyevanın “Şeh. Olmayan Səhər” adlı fərdi sərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub. Görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib. Tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.