Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. C.İşbilir Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb.