#gözlənilən hava şəraiti

İraq Nəqliyyat Nazirliyi bildirib ki, Bağdad Beynəlxalq Hava Limanı pis hava şəraiti səbəbindən 12 saatlıq fasilədən sonra cümə axşamı yenidən açılıb. Hakimiyyət orqanları saat 13:30 radələrində pis hava şəraiti və görünürlüyü kəskin şəkildə azaldan duman səbəbindən Bağdad hava limanını müvəqqəti olaraq hava nəqliyyatı üçün bağladıqlarını açıqlayıblar. İraqın mərkəzindəki Nəcəf və şimali Kürdüstan bölgəsindəki Süleymaniyyə kimi digər hava limanları da bağlanıb.

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.